Xəbər lenti

Azərbaycana 33 sm qar yağdı
Ölkə08:45 07.03.2016

Azərbaycana 33 sm qar yağdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 06-sı gündüzdən 07-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Qurumdan Qaynar.info-ya verilən məlumata görə, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi martın 07-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

Qaynar.info