
Bu iki litvalı qız Azərbaycanı öz vətənləri qədər sevir. Bu qızlar Azərbaycanın mədəniyyətini qiymətləndirir və hər şeydən əvvəl öz ölkə sakinlərinə bütün bunlarla tanış edirlər.
ANS PRESS-in məlumartına görə kiçik yaşlarından Melli və Nelli Sabirovalar Azərbaycana baş çəkməyə, Azərbaycan mədəniyyətini gözləri ilə görməyi arzu edir. Onlar ölkəmizin tarixini öyrənmək fikrindədirlər.
Qızların sözlərinə görə, onların Azərbaycana marağı 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsindən sonra yaranıb.
"Biz Azərbaycanla 2012-ci ildə "Eurovision"dan sonra maraqlandıq. Bu ölkə haqqında daha çox şeylər öyrənməyə başladıq. Azərbaaycan dilini öyrənməyə başladıq və bu günə kimi öyrənirik. Azərbaycanda keçirilən bayramları biz də qeyd edirik və Azərbaycanın matəm günlərini xatırlayırıq, Azərbaycanla bağlı fotosessiyalarda iştirak edirik", - deyə Nelli və Melli Sabirovalar bildirir.
Qaynar.info




















