Xəbər lenti

Azərbaycana bahar gəldi
Ölkə10:55 20.03.2017

Azərbaycana bahar gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.

Azərbaycana bahar gəldi. Bahar təxminən saat 14:29 radələrində ölkəmizə qədəm qoyub. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb.

Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Qaynar.Az