Xəbər lenti

Azərbaycana dolu yağdı - VİDEO
Ölkə10:12 29.03.2014

Azərbaycana dolu yağdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təbii fəlakət Ağdamda bir neçə elektrik transformatorunu sıradan çıxarıb, FHN dəyən zərəri hesablayır

Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşəcək. Bakı və Abşeron yarımadasında, həmçinin bölgələrdə yağış və hətta qar yağacağı proqnozlaşdırılır. 

Artıq Ağdama güclü dolu yağıb. Təbii fəlakət əkin sahələri və meyvə ağaclarına ciddi ziyan vurub. Güclü küləyin müşayəti ilə yağan dolu əsasən rayonun Çıraqlı, Mirəşelli, Əhmədağalı və Çəmənli kəndlərində problemlər yaradıb. 

Bir neçə elektrik transformatoru dolu vurması nəticəsində sıradan çıxıb. Dolu təqribən 25 dəqiqə davam edib. Hazırda rayona dəyən ziyanla bağli yerli Fövqəladə Hallar Komisiyasının mütəxəssisləri araşdırma aparır. Nə qədər hava soyusa da üzü yaya doğru gedir. Odur ki, qorxusu yoxdur./ans.tv