Xəbər lenti

Azərbaycana dost general vəfat etdi
Ölkə10:40 31.08.2013

Azərbaycana dost general vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın böyük dostu, istefada olan general-mayor Leonid Vinoqradov vəfat edib.

APA-nın məlumatına görə, Leonid Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, o zaman Azərbaycanda dislokasiya olunmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub.  Ömrünün son illərini Sankt-Peterburqda yaşayan Leonid Vinoqradov Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edib. 2011-ci ilin sentyabrında general-mayor Vinoqradovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Leonid Vinoqradova Azərbaycan rəhbərliyi tərəfindən qiymətli hədiyyə bağışlanıb.

Allah rəhmət eləsin!

Qaynar.info