Xəbər lenti

Azərbaycana evlənməyə gələn Türkiyə vətəndaşı sərhəddə həbs edildi
Ölkə 13:01 31.07.2025

Azərbaycana evlənməyə gələn Türkiyə vətəndaşı sərhəddə həbs edildi

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, 1996-cı ildə Türkiyənin Iğdır şəhərində anadan olmuş Mehmet Bandalı ölkəsində qan davalarının olması və azərbaycanlı qadınla ailə qurmaq məqsədilə 2025-ci ildə Azərbaycana gəlmək istəyib.

Amma onun pasportu olmadığından İstanbulda tanımadığı bir nəfərə beş min türk lirəsi verib, saxta anket məlumatı ilə özünə pasport düzəltdirib. O, aprelin 4-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Sədərək" sərhəd nəzarəti məntəqəsinə gəlib, saxta pasportla Türkiyədən Azərbaycana keçməyə cəhd edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sədərək Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Bandalı 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->