Xəbər lenti

Azərbaycana gələn şəxsdə metadon aşkarlandı
Ölkə08:12 24.05.2016

Azərbaycana gələn şəxsdə metadon aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əşyaları gömrük nəzarətindən keçirilən zaman üzərində “Merazole Omeprazole 20” yazısı olan 1 ədəd şüşə dərman qabı gömrükçülərin diqqətini cəlb edib.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo.az-a verilən məlumata görə, yoxlama zamanı həmin dərman qabının içərisindən üzərində yazılandan fərqli olaraq gömrük nəzarətinə düzgün bəyan olunmayan 8 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb. Qeyd edək ki, 8 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.az