Gürcüstan-Türkiyə gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.
Qaynarinfo Haberler.com-a istinadən xəbər verir ki, Gürcüstanın Türkiyə ilə sərhəddə gömrük-keçid məntəqəsinin sayını azaltması nəticəsində Türkiyənin Artvin şəhərində Sarp Sərhəd keçid məntəqəsində yük avtomobillərinin 29 kilometrə çatan növbəsi yaranıb.
Türkiyə ərazisində davam edən çətin hava şəraiti ilə əlaqədar Ardahandakı Türkgözü və Aktaş sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyən sürücülər də bu istiqamətdə olan keçiddən istifadə etdiyi üçün kilometrlərlə növbə yaranıb.
Bakıya gəlmək üçün günlərlə gözləyən sürücülərdən biri Melih Yeşilal bildirib ki, 15 saatda ancaq 500 metr yol qət edə bilib:
"Bu gedişlə ancaq 3 günə sərhəd qapısına çataram. Türkiyə gömrüyü işləmir. Keçid məntəqəsi hər zaman zəif işləyir. Bu məntəqədə tez-tez belə uzun sıxlıqlar olur”.
Qeyd edək ki, növbəyə səbəb Gürcüstanın sərhəddə gömrük-keçid məntəqəsinin sayını 6-dan 3-əendirməsi olub.