Azərbaycana hansı ölkələrdən qida məhsulları, ərzaq gətirilməsinə qadağa var?
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb.
Y.Xanvəli bildirib ki, yalnız virus yayılan ölkələrdən, yaxud da ərazilərdən məhsulların gətirilməsinə qadağa var:
“Virus olan ölkələrdən heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyulur. Hazırda bu qadağa Moskva və bu şəhər ətrafı ərazilərə, o cümlədən də Ukraynanın bəzi ərazilərinə aiddir. Həştərxan və ətraf ərazilərdə virus aşkarlandığı üçün Moskvaya aid olan bu məhdudiyyət aradan qaldırılmayıb. Lakin bu məhdudiyyət bütünlüklə Rusiyaya aid deyil”.
Qaynar.Az
Şərhlər