Xəbər lenti

Azərbaycana məxsus yük maşını aşdı, magistiral yol bağlandı VİDEO
Ölkə18:53 25.07.2017

Azərbaycana məxsus yük maşını aşdı, magistiral yol bağlandı VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Stavropol ərazisində, “Mineral Sular” trassının 7 kilometrliyində Azərbaycana məxsus yük maşını aşıb.

"Qaynarinfo" Qafqazinfo-ya istinadən xəbər verir ki, “99 XN 232” nömrə nişanlı yük maşınının sürücüsü hadisə nəticəsində ciddi xəsarət almayıb.

Yol polisinin məlumatına görə, maşında plastik material daşınırmış.

Qəzaya görə “Kafkaz” federal trassında hərəkət müvəqqəti olaraq dayandırılıb.

Qaynarinfo.Az