Xəbər lenti

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
Ölkə14:48 06.03.2025

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.