
Həftəsonu Ermənistanın Azərbaycan tərəfinə keçən iki vətəndaşı erməni tərəfinə təhvil verilib. -in məlumatına görə, Azərbaycan-Ermənistan sərhəddini qeyri-qanuni keçən Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç və İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı və İrəvan nümayəndəliklərinin vasitəçiliyi ilə bu gün saat 15.00 radələrində Ermənistan tərəfinə geri qaytarılıblar.
Qeyd edək ki, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələri tərəfindən saxlanılmışdılar.
Daha sonra onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına verilmişdilər. //ANS PRESS