Xəbər lenti

Azərbaycana qar yağıb
Ölkə07:30 22.09.2014

Azərbaycana qar yağıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.

Anomal istilərin ardınca ara-sıra yağışlar və nəhayət qar. Qəbələyə yay çıxmamış, qış gəlib.

Qaynar.info Kanal S-yə istinadən bildirir ki, ötən gün dağlara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.

Rayonun Laza kəndinə qarın düşməsilə havanın temperaturunda kəskin enmə müşahidə olunub. Sinoptiklər temperaturun 8-10 dərəcə aşağı düşdüyünü bildiriblər.

Dağın ətəyində yaşıllıq, arxa fonda ağ örpəyə bürünmüş dağ gözəl mənzərə yaradıb.

Qaynar.info