Xəbər lenti

Azərbaycana qarşı 150 minlik təzminat iddiası
Ölkə16:29 23.07.2014

Azərbaycana qarşı 150 minlik təzminat iddiası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövləti ilə 6 iş üzrə kommunikasiyaya başlayıb.

Qaynar.info-nun xəbərinə görə, iyulun 23-də “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, kommunikasiya müsavatçı Əhəd Məmmədli, AXCP üzvü Babək Həsənovun iki, “Nida” Vətəndaş Hərəkatından Ülvi Həsənli, cəbhəçi Dəyanət Babayevin bir işi üzrə gedir: “Bu işlər Əhəd Məmmədlinin 2011 və 2013-cü illərdə aksiyalar zamanı saxlanaraq inzibati həbsi və işgəncələrə məruz qalması, Babək Həsənovun 2013-cü ildə iki dəfə inzibati həbsi, Dəyanət Babayevin və Ülvi Həsənlinin inzibati həbsləri ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında bu dörd şəxsə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması ), 5-ci (tutulmanın qanunsuz olması), 10-cu (ifadə azadlığının pozulması), 11-ci (sərbəst toplaşmaq azadlığının pozulması) və 14-cü (siyasi ayrı-seçkiliyə məruz qalma) maddələrinin pozulduğu qaldırılıb”. 

Vəkilin sözlərinə görə, altı iş üzrə qoyulan kompensasiyanın məbləği 150 min avroya yaxındır: “Hakimiyyətə həmin işlər üzrə öz fikirlərini, şərhlərini bildirmək üçün 3 ay vaxt verilib. Həmin müddətin 3 həftəsi geridə qalıb"

Qaynar.info