Xəbər lenti

Azərbaycana qarşı hərbi sövdələşmə
Ölkə20:45 13.03.2013

Azərbaycana qarşı hərbi sövdələşmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Ömərov

Bu günlərdə Gürcüstanın yeni hökumətinin müdafiə naziri İrakli Alasaniya Ermənistana səfər etdi.

Ermənistanvə Gürcüstan mediası tərəfindən çox geniş işıqlandırılan bu səfərçərçivəsində Alasaniya öz erməni həmkarı Seyran Ohanyan və öz postunayenidən seçilmiş Qarabağ separatçısı Serj Sarkisyanla görüşdü.

Ermənimediasının yaydığı xəbərlərdə ikitərəfli hərbi əlaqələringenişləndiriləcəyi, regionun təhlükəsizliyi üçün erməni-gürcü hərbitərəfdaşlığının vacibliyi xüsusi ilə vurğulandı.

Rəsmigörüşlərdən sonra erməni və gürcü hərbi nazirləri jurnalistlər üçünmətbuat konfransı verdilər. Jurnalistlərin çoxsaylı suallarınıcavablandıran nazirlər ikitərəfli əməkdaşlığın getdikcə daha dadərinləşəcəyini vurğuladılar.

Gürcüstan müdafiənaziri mətbuat konfransı zamanı İvanişvilinin yeni gürcü hökumətinəbaşçılıq etməyə başlamasının ilk aylarında xarici səfərə çıxdığıölkələrdən birinin məhz Ermənistan olduğunu vurğulayaraq Tiflisinİrəvana strateji tərəfdaş kimi baxmasını xüsusi intonasiya ilə qeydetməsi Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda təbii ki,birmənalı qarşılanmadı. Ancaq buna reaksiyalar o qədər də ciddi olmadı.

Gəlin öncə mətbuat konfransından sonra erməni-gürcü münasibətlərindəki diqqət çəkən bir neçə məqamı analiz etməyə çalışaq:

1. Hər iki nazirin xüsusi olaraq vurğuladığı regional təhlükəsizlik məsələlərində əməkdaşlıq;
2.İkitərəfli hərbi əlaqələrin genişləndirilməsi, hərbi təhsilmüəssisələri, müdafiə sənayesi sahəsi və hər iki ölkə ölkənin ordusundaaparılacaq strateji hərbi islahatlar sahəsindəki əməkdaşlıq;
3.Gürcü nazirin Xankəndi aeroportundan Ermənistanın istifadəsi və buhalda Azərbaycan tərəfinin öz hava məkanını qorumaq üçün bu aeroportaenəcək təyyarələri vurması məsələsinə bildirdiyi münasibət;

Maraqlıdır,Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın regionaltəhlükəsizlik üçün ən böyük təhdid olduğunu bilən Gürcüstanın buregionda təhlükəsizliyi Ermənistanla birlikdə təmin etmək niyyəti gülüşdoğurur. Gürcüstan hökuməti bir şeyi unutmamalıdır ki, Azərbaycanındüşməni olan Ermənistanla bağlanan istənilən hərbi əməkdaşlıq müqaviləsiilk növbədə elə Azərbaycana qarşı düşmənçilikdir. Bir tərəfdən işğalçıilə regional təhlükəsizliyi təmin etməyə, digər tərəfdən Azərbaycanlaözünə sərf edən iqtisadi əməkdaşlığı davam etdirmək məqsədi İvanişvilihökumətinin ikibaşlı oyun oynadığını göstərir.

İkitərəflihərbi əlaqələrin genişləndirilməsi və hərbi müdavimlərin təhsiliməsələrində əməkdaşlıq isə o deməkdir ki, Gürcüstanın hər hansı birhərbi məktəbi və ya hərbi təlim bazasında bu əməkdaşlıq sazişiçərçivəsində təlim keçəcək erməni əsgəri istənilən vaxt işğal altındakıQarabağ torpağındakı erməni mövqələrindən Azərbaycan Ordusununəsgərlərini gürcülərin sayəsində daha "peşəkarcasına" atəşə tutacaq. Buəməkdaşlıq Azərbaycan üçün onsuz da infrastrukturu zəif olan ermənisilahlı qüvvələrinin əsgərlərinə təlim vermək və onları Azərbaycanaqarşı müharibəyə hazırlamaq deməkdir.

Gürcüstanındövlət büdcəsinin və daxili mal dövriyyəsinin Azərbacanın iqtisadipotensialı nəticəsində formalaşdığını nəzərə alsaq, bu məntiqləGürcüstan bizim pulumuzla saxladığı ordusunun imkanlarından ermənilərətəlim keçmək, onları peşəkarlaşdırmaq üçün istifadə etməyi planlaşdırır.Regionun iki ölkəsinə qarşı ərazi iddiaları və düşmən mövqeyindən çıxışedən Ermənistanla hərbi əməkdaşlıq Gürcüstanı bir sözlə, İvanişvilihökumətini açıqdan-açığa Türkiyə və Azərbaycanla konfrantasiyayasürükləyir.

Bundan başqa, məsələnin daha birnalaşılmayan tərəfi var. Belə ki, gürcü nazirə Xankəndi aeroportuətrafında gedən prosselər haqqında sual verən erməni jurnalist və SeyranOhanyan başda olmaqla bütün ermənilər Alasaniyadan aldıqları cavabıuzun müddət əl çalmaqla alqışlayıblar. Alasaniya Xankəndi aeroportunadüşəcək və ordan qalxacaq heç bir təyyarəni vurmağa Azərbaycanın hüququolmadığını vurğulayıb. Ermənilərin artıq bir həftədir ki, əllərində şüaretdikləri bu bəyanat Bakıda siyasi kulisləri qarışdırıb. Dərs olsunbizim siyasətçilərimizə...

Gürcüstanasəfərləri zamanı abxaz və osetin separatçıları haqda, onların gürcüdövlətini dağıtmaq istədikləri haqda ağız dolusu danışan, Tiflisinmövqeyinə uyğun bol-bol siyasi bəyanatlar verən dayaz düşüncəli bəzisiyasətçilərimiz bu barədə də bir az düşünməlidirlər. Ermənistan xüsusixidmət orqanları tərəfindən dəstəklənən Gürcüstanın Davaxetiyabölgəsindəki erməni separatçıları bu dövlətə qarşı açıqdan-açığamübarizə apardıqları, muxtariyyət tələb etdikləri öz haqq vəhüquqlarından danışdıqları bir halda, niyə bizim siyasətçilər "Borçalı"sözünü gürcülərin yanında işlətməyə belə qorxduqlarını dafikirləşsinlər.

Doğrudan da, gürcülərin mövqeyibaşadüşülən deyil. Yəni Azərbaycan tərəfi dəfələrlə abxaz və osetinseparatizmini pisləyərək Gürcüstanın bu ərazilərinin işğal olunduğunudəfələrlə bəyan etdiyi halda, Gürcüstan hökuməti yüksək səviyyədə birdəfə olsun belə Qarabağ məsələsində Azərbaycanın haqqını və haqqmübarizəsini dəstəkləyən heç bir bəyanat verməyib. Halbuki Gürcüstanfaktiki olaraq regiondakı ilk öncə iqtisadi, daha sonra isə siyasivarlığını məhz Azərbaycanın sayəsində sürdürür.

P.S. Ermənistanlahərbi əlaqələri genişləndirməkdə davam edən İvanişvili hökumətininsiyasəti Azərbaycan-Gürcüstan əlaqələrini iflic edərək bütünlüklə AvropaBirliyini gələcək enerji təhlükəsizliyi üçün seçilmiş ən qısa və ənəlverişli nəqliyyat dəhlizindən məhrum edə bilər. Bunu Saakaşvili hissedir, ancaq İvanişvili görmək bacarığında deyil. Ona görə də, Avropanınaparacı ölkələri erməni-gürcü münasibətlərinin Azərbaycanda necəqarşılanacağını və rəsmi Bakının bu əməkdaşlığa verəcəyi reaksiyanınnəticəsinin hansı fəsadlar törədə biləcəyini indidən ölçüb-biçməli,İvanişvilinin gələcəkdə daha çox "ürək bulandırmaması" üçün əllərindəngələni etmədirlər. Əks təqdirdə gürcü-erməni əməkdaşlığından kimin dahaçox itirəcəyi göz qabağındadır.