Xəbər lenti

Azərbaycana qayıdarkən COVID pasportu tələb olunacaq? - AZAL-dan açıqlama
Ölkə13:58 29.06.2021

Azərbaycana qayıdarkən COVID pasportu tələb olunacaq? - AZAL-dan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Hava Yolları şirkəti (AZAL) Azərbaycan vətəndaşlarından ölkəyə daxil olarkən COVID pasportununun tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.
Qaynarinfo-nun məlumatına görə, şirkət bildirir ki, mövcud qaydalara əsasən, Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər. Bu kateqoriyaya daxil olan sərnişinlərdən COVID-pasport tələb olunmur.