Xəbər lenti

Azərbaycana sulu qar yağdı
Ölkə07:33 24.09.2016

Azərbaycana sulu qar yağdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, sentyabrın 24-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərdə dolu düşüb. Şimal-qərb küləyi əsib, arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib.

Qaynarinfo.Az