
Bu gün gecə və səhər hava şəraitinin çiskinli, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, cənub və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir.
Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında gözlənilən, dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Qaynar.info