Xəbər lenti

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir
Ölkə12:43 10.03.2019

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanmış ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.
2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.
2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə "Azərbaycan dili", "Ədəbiyyat" dərsliyi və metodik vəsaitlər ayrılıb.