Xəbər lenti

Azərbaycanda 110 yaşlı qadın koronavirusdan sağaldı (FOTOLAR)
Ölkə11:27 16.11.2020

Azərbaycanda 110 yaşlı qadın koronavirusdan sağaldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.
Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb. (APA)