Xəbər lenti

Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Ölkə15:05 15.04.2015

Azərbaycanda 13 kəndin adı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.
MM-dən APA-ya verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, eyniadlı 13 kəndin adı isə dəyişdirilib. 
Qaynar.info