Xəbər lenti

Azərbaycanda 16 nəfəri ilan sancıb
Ölkə13:58 19.08.2013

Azərbaycanda 16 nəfəri ilan sancıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu ay ərzində 16 nəfəri ilan sancıb".
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Movqe.az-a verilən məlumata görə, ilan sancmalarla bağlı xəstəxanaya müraciət edənlərə tibbi yardım göstərilərək evə buraxılıblar: "İlan sancmalardan ölüm halı qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalar azalıb”. 
A. Maqsudov bildirib ki, avqust ayı ərzində 6 nəfəri qaraqurd, 4 nəfəri isə əqrəb sancıb.  
A.Maqsudov ilansancmalarla bağlı rayonlara da zərdab göndərildiyini söylədi. Onun sözlərinə görə, rayonlarda da toksikoloqlar ilan sancmalarla bağlı müraciət edənlərə dərhal tibbi yardım göstərərək müalicəyə başlayırlar: "Hələki hava şəraiti isti keçsə də, ilansancma hadisələrində artım qeydə alınmayıb. Ötən ilin avqust ayı ilə müqayisədə ilan sancma hadisələri daha az qeydə alınıb. 
Qaynar.info