
Biləsuvar rayonunda 19 yaşlı gəlin azyaşlı övladı ilə birlikdə evdən qaçıb.
İstipress-in cənub bürosunun məlumatına görə, rayonun Xırmandallı kənd sakini İlahə Zeynalova 3 ilə yaxındır ki, Biləsuvar rayonuna gəlin köçüb. Gəlinin yaxınlarının sözlərinə görə, ərdə olduğu müddət ərzində yaşadığı evdə İlahə ilə ailə üzvləri arsında müxtəlif vatlarda söz-söhbətlər olub. Hətta sonuncu dəfə iyulun 20-də ailədə yenidən söz-söhbət olduğu üçün həyat yoldaşının xəbəri olmadan atası evinə qayıdıb.
Lakin bir neçə gün sonra qaynatası və həyat yoldaşının təkidi ilə o yenidən ər evinə qayıdıb. Qayıdarkən isə anasına bir də belə hal olacağı təqdirdə geri qayıtmayacağını və növbəti dəfə hara getməli olduğunu heç kimə bildirməyəcəyini deyib.
Bu hadisədən 2 gün sonra belə də olub. İyulun 25-də İlahə yaşadığı evi xəbərsiz tərk edib. Evdən çıxarkən o yaşyarımlıq körpəsini, eləcə də özünə dair sənədləri də götürüb.
Artıq 5 gündür ki, yaxınları onu axtarsalar da hələ ki, bir nəticə yoxdur. Məsələ ilə bağlı Biləsuvar rayon polis şöbəsinə də məlumat verilib.

Qaynarinfo.Az