Xəbər lenti

Azərbaycanda 2 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - VİDEO
Ölkə04:17 14.10.2013

Azərbaycanda 2 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabad rayon mərkəzində 2 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

Bu barədə APA-ya Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Hadisə oktyabrın 13-də H. Əliyev prospekti 2q, mənzil 50 ünvanında baş verib.
 
Həmin ünvanda kirayə yaşayan ailənin 2 yaşlı uşağı 5-ci mərtəbə yerləşən mənzilin eyvanından düşüb. 2011-ci il təvəllüdlü Məmiyev Ağan Əfraz oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Uşağa sol bud sümüyünün  qapalı sınığı diaqnozu qoyulub. Həkimlərin bildirdiyinə görə, uşağın həyatı üçün təhlükə yoxdur.
 
Ayağı gipsə qoyulduqdan sonra uşağı valideynlərin istəyi ilə evə buraxıblar.

Qaynar.info