Xəbər lenti

Azərbaycanda 2 zəlzələ
Ölkə05:26 26.01.2015

Azərbaycanda 2 zəlzələ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu səhər ölkə ərazisinfə iki zəlzələ olub.
Qaynar.info AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilk zəlzələ Quba rayonunda baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb. 
İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanlar yerin 37 km dərinliyində meydana gəlib.
Daha bir yeraltı yəkan Şabran rayonunda qeydə alınıb. Zəlzələ əsasən yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb. Təkanların maqnitudası 3.5, dərinliyi isə 7 kilometr olub. Zəlzələ hiss olunmayıb.
Qaynar.info