Xəbər lenti

Azərbaycanda 21 ildə nə qədər partlayıcı zərərsizləşdirilib?
Ölkə04:56 02.01.2020

Azərbaycanda 21 ildə nə qədər partlayıcı zərərsizləşdirilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yarandığı gündən indiyə kimi zərərsizləşdirdiyi minaların sayını və partlayıcı vasitələrdən təmizlədiyi ərazilərin sahəsini açıqlayıb.
Bu barədə Qaynarinfo-ya ANAMA-dan məlumat verilib.
Bildirilir ki, agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənib. ANAMA həmçinin yarandığı gündən bu günə kimi ölkə ərazisində 805 856 ədəd mina və partlamamış hərbi sursatı (PHS) taparaq zərərsizləşdirib.