Xəbər lenti

Azərbaycanda 24 yaşlı gənc faciəvi şəkildə öldü: sabah nişanı olacaqdı
Ölkə11:10 10.03.2019

Azərbaycanda 24 yaşlı gənc faciəvi şəkildə öldü: sabah nişanı olacaqdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 9-na keçən gecə Qax rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 24 yaşlı Məcid Məmmədrəhimovla bağlı dəhşətli faktlar üzə çıxıb.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı yük avtomobili ilə toqquşan "QAZel” markalı mikroavtobusda toqquşan 24 yaşlı gəncin sabah nişan mərasimi olacaqmış.
Məcidin əmisi oğlu, Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli bildirib ki, sabahkı nişan məclisi üçün evdə bütün hazırlıqlar görülüb, hədiyyələr, xonçalar düzülübmüş.
Nişan üçün Qaxdan doğma rayonuna yola düşən 24 yaşlı Məcid Məmmədrəhimov bu gün doğulduğu Köhnə Xudat kənd qəbiristanlığında dəfn ediləcək.