Xəbər lenti

Azərbaycanda 286 tələbə ölüb
Ölkə14:12 29.03.2016

Azərbaycanda 286 tələbə ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2012-ci ilin martın 28-dən 2015-ci ilə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə ümumilikdə 499 077 məlumat daxil edilib. Report-un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

Statistika ali təhsil və orta ixtisas pilləsi üzrə hesablanıb.

Məlumata görə, bu müddət ərzində sistemə daxil edilən statistika aşağıdakı kimidir:

Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu- 5 512,

Xarici təhsil müəssisələrindən köçürmələr - 10 486

Ölkədaxili köçürmələr - 8 886

İxtisas dəyişmələri - 9 495

Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri - 28

Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr - 33

Akademik borca görə xaricedilmələr - 7 488

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr - 6 174

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr - 17 165

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr - 7 574

Təkrar kursda saxlanılmalar - 2 334

Bərpalar - 22 391

Şəxsi məlumatların dəyişməsi - 13 646

Ölüm halları - 286 (bakalavriat səviyyəsində 167, magistraturada 5, tam orta təhsil bazasında 49, ümumi orta təhsil bazasında isə 65 nəfər)

Diplomalma - 339 388.

Qeyd edək ki, təqdim olunan material TQDK, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilən məlumatlar əsasında hazırlanıb. 

Qaynar.info