Xəbər lenti

Azərbaycanda 34 yeni məktəb tikilir
Ölkə15:40 24.08.2018

Azərbaycanda 34 yeni məktəb tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.
Məlumatda həmçinin qeyd olunub ki, 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisə istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə işlər aparılır.