Xəbər lenti

Azərbaycanda 36 yaşlı kişi qətlə yetirilib
Ölkə07:48 12.09.2013

Azərbaycanda 36 yaşlı kişi qətlə yetirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda qətl hadisəsi baş verib.

Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hökməli qəsəbəsi Şors küçəsi 14 nömrəli evdə  qeydə alınıb.
 
Qəsəbə sakini 1977-ci il təvəllüdlü Ramil Əliqulu oğlu Quliyev yaşadığı evdə sentyabrın 10-da naməlum şəxs tərəfindən bıçaqlanıb. R. Quliyev xəsarətlə Biləcəri Dəmiryolu Xəstəxanasına yerləşdirilsə də, ötən gün saat 19.00 radələrində vəfat edib.
 
Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1951-ci il təvəllüdlü Gülağa Məmmədəli oğlu Əmiraslanov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info