
Bu əxlaqsızlıq məhkəməni də şoka saldı - 7 yaşlı biçarə qız
Azərbaycanda bir neçə ay əvvəl baş vermiş bu cinayət məhkəməni də şoka salıb. Ögey qızına əxlaqsızlıq edən ata məhkəmə qarşısına çıxarılıb.
Qaynar.info milli.az-a istinadla xəbər verir ki, insanlığa sığmayan cinayət bu ilin fevralında Ucar rayonunda törədilib. Ucar şəhər sakini 46 yaşlı Sahib İbrahimov 7 yaşlı qız uşağını zorlayıb.
Cinayət barədə məlumatı polisə qızın 34 yaşlı anası Natalya Volodina verib. Rusiya vətəndaşı olan Natalya polisə deyib ki, qeyri-rəsmi yaşadığı Sahib tərəfindən zorlanıb.
Məhkəmə artıq öz qızlığını zorlayan atanın cəzasını verib. Məhkəmənin hökmü ilə S.İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info