Xəbər lenti

Azərbaycanda 5 institutun adı dəyişdirildi - SİYAHI
Ölkə08:39 22.04.2014

Azərbaycanda 5 institutun adı dəyişdirildi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib. 

Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.

AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar imzalandığı gündən qüvvəyə minir:

Qaynar.info