Xəbər lenti

“Azərbaycanda 6 yeni həbsxana tikilir” - Açıqlama
Ölkə09:10 12.12.2016

“Azərbaycanda 6 yeni həbsxana tikilir” - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.

Bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O, bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsin.

Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.

H. Əlixanov onu da bildirib ki, hazırda məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min dustaq həbsxanalarda işləyir.(qafqazinfo)

Qaynarinfo.Az