Xəbər lenti

Azərbaycanda 60 yaşlı qoca təcavüzdə ittiham olunur
Ölkə13:25 31.07.2013

Azərbaycanda 60 yaşlı qoca təcavüzdə ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“O məni blokda tutaraq divara sıxır və seksual xarakterli hərəkətlər edir”

Gəncə şəhərində yaşlı kişi ehtirasının qurbanı olub.


Qaynar.info xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən Milli.Az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl 45 yaşlı Aytəkin Nəzərova (ad və soyad şərtidir) qonşusu olan 60 yaşlı Nüsrəti polisə verib.

Qadın şikayətində göstərib ki, Nüsrət dəfələrlə onu zorlamaq istəyib. Hər evdən çıxan zaman kişi onu izləyir, blokda tutaraq divara sıxır və ona qarşı seksual xarakterli hərəkətlər edir.

Qadın dəfələrlə kişini xəbərdar etsə də, heç nəyə nail ola bilməyib. Çıxış yolunu polisə şikayət etməkdə görür. Hazırda polis qadının şikayətini araşdırır.

Qaynar.info