Xəbər lenti

Azərbaycanda 600 nəfər işsiz qaldı - "Şəki İpək" ASC bağlandı
Ölkə13:28 14.08.2015

Azərbaycanda 600 nəfər işsiz qaldı - "Şəki İpək" ASC bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şəki İpək" ASC ipək kombinatında istehsalat tamamilə dayanıb. Dünəndən müəssisənin bütün işçiləri (600 nəfərə yaxın adam) ödənilməyən məzuniyyətə göndərilib. Bundan öncə işçilərə yalnız may ayının əməkhaqqı verilib.
Qaynar.info "Turan"a istinadən xəbər verir ki, bu barədə müəssisənin işçiləri bildiriblər. Onlar ASC-nin fəaliyyətinin nə zaman bərpa olunacağını bilmirlər.
Kombinat çoxdandır ki, ipək istehsal etmir, yalnız pambıq məhsullar buraxır ki, bu da Rusiya və Türkiyəyə ixrac edilir. İstehsal həcmi azalıb.
Kombinat rəhbərliyindən və İqtisadi İnkişaf Nazirliyindən şərh almaq mümkün olmayıb.
Qaynar.info