Xəbər lenti

Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTOLAR
Ölkə12:57 14.02.2017

Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin dövlət qeydiyyat nişanı satışa çıxarılıb.
Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
“Avtostop” verilişinin aparıcısı Tural Yusifov aznews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır.
“Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır.”
Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur: “Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır.”
Qaynarinfo.Az