
Bu ilin yanvar ayında Ucarda ögey qızını zorlayan Sahib İbrahimov həbsxanada intihar edib.
Qaynar.info qafqazinfo-ya istinadən bildirir ki, qızını zorlamaqda təqsirli bilinən ögey ataya bu yaxlınlarda məhkəmə 14 il hökm oxumuşdu. Hələ ki, mərhumun necə intihar etməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Xatırladaq ki, 1968-ci il təvəvllüdlü Sahib Əlisəməd oğlu İbrahimov 2012-ci ilin noyabrında N.V. ilə qeyri-rəsmi evlənərək Ucarda yaşayıblar. Həmin vaxt ananın yanında P.V. adlı 5 yaşlı qız övladı da olub.
Onların evlənməsindən iki il sonra, ata 7 yaşlı qızlığı P.V.-ni rayon ərazisindəki ucqar yiyəsiz yerlərdən birinə apararaq zorlayıb. Bu barədə qızın anası 34 yaşlı N.V. rayon polis şöbəsinə müraciət etmişdi.
Qaynar.info