Xəbər lenti

Azərbaycanda ağır yol qəzası: Ölənlər var - ADLAR
Ölkə04:32 27.02.2023

Azərbaycanda ağır yol qəzası: Ölənlər var - ADLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.
TIR-la "VAZ 21099" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.
Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.
Qəza zamanı ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.
Ölən şəxslərin adları aşağıdakı kimidir:
Orxan Rzayev (1987);
Məhəmməd Xəlilov (1987).
Faktla bağlı araşdırma aparılır