Xəbər lenti

Azərbaycanda ailə faciəsi: 3 və 5 yaşlı qardaşlar yanğında öldü
Ölkə19:47 08.11.2018

Azərbaycanda ailə faciəsi: 3 və 5 yaşlı qardaşlar yanğında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)