Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək. Milli Məclisdən verilən məlumata görə, bu, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində qeyd edilib.
Layihəyə əsasən, nikah bağlamaq istəyənlər ərizə ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və onların tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı da təqdim etməlidirlər.
Layihəyə əsasən, nikaha girən şəxslər yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bundan sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir.