Xəbər lenti

Azərbaycanda ağır qəza: yaralılar arasında 1 yaşlı körpə də var
Ölkə15:13 02.09.2018

Azərbaycanda ağır qəza: yaralılar arasında 1 yaşlı körpə də var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunda baş verib.
Belə ki, "Slavutiç" markalı minik avtomobili "Merсedes" markalı mikroavtobusla toqquşaraq yoldan çıxıb və aşıb. Hadisə nəticəsində 3 nəfər - sürücü, 1962-ci il təvəllüdlü Orucov Əmir Duman oğlu, 2002-ci il təvəllüdlü Orucova Ləman Əmir qızı və 2018-ci il təvəllüdlü Orucova Fatimə Royal qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.