Xəbər lenti

Azərbaycanda ağır yol qəzası: 10 yaralı var
Ölkə08:20 26.09.2013

Azərbaycanda ağır yol qəzası: 10 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Cəlilabad rayonunda ağır yol qəzası baş verib.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 26-da saat 01.00 radələrində Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisində qeydə alınıb.
 
Rayon sakinləri Zaur Əzizovun idarə etdiyi “VAZ-21013” və Cavid İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
 
Nəticədə hər iki maşının sürücüsü və avtomobillərdə olan sərnişinlər - Rza Abbasov, Nurlan Əzizov, Lalə Kərimova, Etibar Kərimov, İradə Quliyeva, Təhminə Abbasova, Sevinc Abbasova və Dünyaxanım İbrahimova xəstəxanaya müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Qaynar.info