Ağcabədi rayonunda uşaqlarına aliment verməyən qadın məsuliyyətə cəlb edilib .
Oxu.Az-ın məlumatına görə, Zeynəb Məmmədova (adı və soyadı şərtidir) 2004-cü ildə əmisi nəvəsi ilə ailə qurub və birgə nikahdan 3 övladları dünyaya gəlib.
2019-cu ildə cütlük arasında mübahisə yaranıb və Z.Məmmədova azyaşlı övladlarını həyat yoldaşının yanında qoyub, evi tərk edərək atasının evinə gedib. Həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə cütlük arasında nikahı ləğv edib, hər uşağa görə 150 manat olmaqla Z.Məmmədovaya aylıq 450 manat aliment təyin olunub.
Amma buna baxmayaraq, Z.Məmmədova aliment ödəməkdən yayınıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Ağcabədi Rayon Məhkəməsinə verilib. Məhkəmənin qərarı ilə Z.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
Şərhlər