Xəbər lenti

Azərbaycanda ana ölümləri ilə bağlı 10 həkim işdən çıxarılıb
Ölkə08:36 21.12.2013

Azərbaycanda ana ölümləri ilə bağlı 10 həkim işdən çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycanda baş verən 23 ana ölümü halının 2/3-si ilə bağlı inzibati tədbirlər görülüb.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.
 
O bildirib ki, ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb: “Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”.
 
L. Rzaquliyeva sonuncu – 24-cü ana ölümü ilə bağlı isə araşdırma aparıldığını qeyd edib.
 
Ölümlərin səbəbinə gəlincə, komissiyanın sədri deyib ki, ölümlər müxtəlif səbəblərdən baş verir: “Belə ki, hamilə qadınlar bəzi hallarda qeydiyyata durmurlar, müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur, gizlədirlər”.
 
Qaynar.info