Xəbər lenti

Azərbaycanda at əti qalmaqalı
Ölkə18:31 21.06.2013

Azərbaycanda at əti qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yevlaxda qanunsuz at ət əti istehsal edən sex aşkarlanıb.

Yevlax rayonunda qanunsuz at əti istehsal etməkdə şübhəli bilinən sex aşkar edilib. Bu barədə APA-nın Qarabağ bürosuna Respublika Baytarlıq İdarəsinin baş baytar həkimi Vaqif Mirzəyev məlumat verib. 

Onun sözlərinə görə, Respublika Baytarlıq İdarəsinə daxil olan siqnala əsasən baytarlıq idarəsinin və epizotiya əleyhinə ekspedisiyanın əməkdaşları bölgəyə ezam olunublar. Keçirilən  reyd zamanı məlum olub ki, Yevlax rayon Qaraqoyunlu kənd sakini Şükür İsgəndərovun həyətində at tövləsi, heyvanlar üçün kəsim yeri və kəsilən ətlərin saxlanılması üçün soyuducu mövcuddur. 

Burada kəsilmiş heyvanların ətindən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Ərazi isə nəzarət altına alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info