Xəbər lenti

Azərbaycanda axtarışda olanların və itkin düşənlərin sayı açıqlandı
Ölkə19:13 29.08.2016

Azərbaycanda axtarışda olanların və itkin düşənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 2014-cü ildə 926 nəfər itkin düşmüş şəxs qeydə alınıb ki, onlardan 142 nəfəri 14-18 yaş arası yeniyetmə və gənclər olub.
Qaynarinfo.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə axtarışda olan cinayətkarların sayı 3451 nəfər olub. Onlardan 18-i cəzaçəkmə müəssisələrindən qaçıb. İstintaq, təhqiqat və məhkəmələrdən yayınaların sayı 3415 nəfər olub. Axtarışda olan cinəyatkarların 38-i 14-18 yaşadək uşaqlardır. 
Dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərə yol verənlərdən 23 nəfəri də axtarışda olanlar arasındadır. Hərbi xidmətdən boyun qaçıranların 36-sı, hərbi xidmət əlehinə cinayət törədənlərin isə, 190 nəfəri axtarışdadır. Axtarışda olan şəxslər arasında isə ən çox dələduzlar (775 nəfər), və oğrulardır (332 nəfər). 
Qaynarinfo.Az