
Şirvanda iyul ayında evə basqın edən şəxsi polis tutub. O maska taxaraq evə girib və azyaşlıya xəsarət yetirməklə mənzildən 10 min manat nəğd pul və qızıl-zinət əşyaları aparmışdı.
Maskalanaraq evə basqın edən şəxs 55 gün gizlənə bildi.
22 iyul tarixində Şirvan şəhəri Təbriz küçəsi, 20 ünvanında , azyaşlıya xəsarət yetirməklə evdən 10 min manat nəğd pul və min manat dəyərində qızıl-zinət əşyaları oğurlandığı barədə polis şöbəsinə ərizə ilə müraciət olunmuşdu.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan sakini 24 yaşlı Kamran Babayev elə şəhər ərazisində saxlanılıb.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb.Onun digər əməlləri ətraflı araşdırılır. (xezer xeber)
Qaynarinfo.Az