Xəbər lenti

Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
Ölkə08:08 28.04.2018

Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq.
Qaynarinfo-ya modern.az-a istinadən məlumatına görə, bununla bağlı "Təhsil haqqında” qanunun  18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.
Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.
Bundan əlavə, qanuna  aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.