Xəbər lenti

Azərbaycanda bacı qardaşını diri-diri yandırdı - DƏHŞƏT
Ölkə13:08 16.05.2014

Azərbaycanda bacı qardaşını diri-diri yandırdı - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. 
Qaynar.info xəbər verir ki, Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Kürdəmir şəhəri, Cənub məhəlləsindəki həyət evində 2010-ci il təvəllüdlü Məmmədov Radim Razim oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
Həkimlərin səyinə baxmayaraq 4 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, R.Məmmədov bədbəxt hadisə nəticəsində yanıb. Belə ki, o bacısı, 3 yaşlı Şərəf ilə bu gün evin qarşısında oynayırmış. Nəzarətsiz qalan azyaşlılar kibritlə oynamağa başlayıblar. Bu zaman 3 yaşlı Şərəf 4 yaşlı qardaşının paltarını yandırıb. Azyaşlılar tüstülənməni görəndən sonra özlərini itiriblər və 4 yaşlı oğlanını əynindəki paltarlar tamamilə yanıb.
Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info