Xəbər lenti

Azərbaycanda bacı və qardaş yanaraq külə döndülər - FACİƏ
Ölkə06:27 10.10.2013

Azərbaycanda bacı və qardaş yanaraq külə döndülər - FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki uşaq yanaraq ölüb.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan 1 mərtəbəli 7 otaqlı evin 3 otağının (tavanı qamışdan olan) yanar konstruksiyaları 42 kv.m sahədə yanıb.
 
Yanğın kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları - 1999-cu il təvəllüdlü Şəmmədova Aytac Mehman qızı və 2003-cü il təvəllüdlü Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info